XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

26 Oktyabr 2019 - 20:44

GUAM:"Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının möhkəmlənməsinə səbəb olacaq"

Azərbaycan beynəlxalq sülhün möhkəmlənməsinə mühüm töhfə verən bir ölkədir. Bu baxımdan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilatın möhkəmlənməsinə və beynəlxalq aləmdə rolunun artmasına səbəb olacaq.

Trend-in məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə debat müzakirələrində GUAM-ın baş katibi Altay Əfəndiyev bildirib.

O qeyd edib ki, GUAM ölkələri ərazisində münaqişələr öləkələrin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq qanunlara uyğun həllini tapmalıdır. Baş katib bildirib ki, sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan sülh olmaz:

“Bu baxımdan dayanıqlı inkişaf və sülhü təmin etmək üçün birgə səylər göstərilməlidir”.