XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2019 - 10:00

İraqda etiraz dalğaları:ölənlərin sayı 63-ə çatıb

Ötən cümə günündən başlayaraq son iki gündə paytaxt Bağdadda və İraqın digər əyalətlərində hökumət əleyhinə baş verən iğtişaşlarda ən azı 63 nəfər ölüb, 2600 nəfər yaralanıb. 

Bu barədə İraq hökumətinin İnsan Hüquqları üzrə Ali Komissiyası məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 1-dən Bağdadda və ölkənin şiələrin üstünlük təşkil etdiyi mərkəzi və cənub bölgələrdə nümayişlər başlayıb. Yaşayış şəraitinin pisləşməsinə, işsizliyin artmasına, habelə hökumətdəki korrupsiyaya etiraz edən kütlə hökumət əleyhinə şüarlar səsləndirərək istefa tələb edirlər. /APA