XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Oktyabr 2019 - 14:45

“Taliban” hərəkatının 50 üzvü öldürülüb –Əfqanıstanda

Əfqanıstan ordusu ölkənin şimal-qərbində “Taliban” hərəkatının silahlılarının hücumunun qarşısını alıblar.

Bunu Əfqanıstan Milli Ordusunun 209-saylı korpusunun komandiri Hənif Rezai “İnterfax”a açıqlamasında deyib.

O, qeyd edib ki, aviasiya və artilleriyanın dəstəyi ilə silahlı qruplaşmanın 53 döyüşçüsü məhv edilib. “Bir neçə əsas komandir də daxil olmaqla öldürülən yaraqlıların cəsədləri döyüş bölgəsində qalıb. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir”.

Onun sözlərinə görə, döyüş zamanı dörd əfqan əsgəri yaralanıb. Rezai mülki şəxslərin xəsarət almadığını da qeyd edib. /Report