XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2019 - 21:30

Suriya ordusu ölkənin şimal-şərqində Türkiyə ilə sərhədə çatıb

Nizamlı Suriya ordu birləşmələri ölkənin şimal-şərqində, Ras əl-Ayn şəhərinin yaxınlığında Türkiyə ilə sərhədə çatıb.

Bu barədə “SANA” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, sərhəd bölgəsindəki onlarla kənd və qəsəbəyə nəzarət edildikdən sonra Suriya ordusu Ras əl-Ayn yaxınlığında yerləşən Əl-Kisra və Tell-Ziyab yaşayış məntəqələrinə daxil olub.

Bir neçə saat əvvəl hərbiləşdirilmiş kürd qruplarından ibarət “Demokratik Suriyanın Gücü” koalisiyası Rusiya və Türkiyə prezidentləri arasında Soçidə əldə edilən razılaşmaların şərtlərini yerinə yetirməyə razı olduğunu və Suriya-Türkiyə sərhədindən 30 kilometr məsafədə qoşunlarını çıxarmağa başladığını açıqlayıb.

Oktyabrın 22-də Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Soçidəki görüşdə Suriyanın şimal-şərqindəki vəziyyətin nizamlanması üçün ortaq tədbirlər haqqında memorandum qəbul ediblər. Bundan sonra Ankara sərhəd bölgəsindəki genişmiqyaslı əməliyyatın dayandırıldığını açıqlayıb. Bununla belə, Türkiyə hələ də gələcəkdə qaçqınları köçürmək niyyətində olduğu geniş ərazilərə nəzarət edir. /APA