XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

10 May 2015 - 13:57

Maraqlı bilgilər

1. Yer kürəsində adada yerləşən ən böyük göl Taldır. O, Filippinin Luson adasında yerləşir. Maraqlı olan odur ki, bu gölün içində dünyanın ən kiçik vulkanı var: Taal vulkanı. Və bu vulkan-adanın daxilində kiçik göl, bu gölün içində isə kiçik ada var.

2. Kolumb Amerikanı kəşf etməzdən bir neçə saat əvvəl, dənizçilər dənizdən üstündə çiçəkləri olan itburnu budağı tapmışdılar.

3. Dünyanın ikinci ən hündür şəlaləsi Tuqeladır. Afrikada olan bu şəlalənin hündürlüyü 930 m-dir.

4. Antarktidada ən aşağı temperatur 21 iyul 1983-cü ildə qeydə alınıb.

5.1957-ci ildə Cəbəllütariq boğazı yaxınlığında bir İsveç dənizçisi içində özü haqqında bilgilər olan və gözəl bir qızla tanış olmaq arzusunu yazdığı kağızı butulkaya qoyaraq dənizə atmışdı. Düz 6 aydan sonra bu butulkanı Sicilyada bir balıqçı qızı tapmış və bir il sonra onlar evlənmişlər.

6. Yer atmosferində ən aşağı temperatur 1966-cı ildə İsveçrədə 85 km. Yer səthindən yuxarıda qeydə alınmışdır: -143˚.

7. Amerikanı ilk görən avropalı Kolumbun dənizçisi Rodriqo de Trianadır.

8. Hollandiya və Belçika arasında olan sərhəd təkcə Barle qəsəbəsini deyil, həm də bu qəsəbədə yerləşən restoranı iki yerə bölür.

9. Yunanıstanın dövlət himninin 158 versiyası var. Və heç bir yunan bunların hamısını bilmir.

10. İranın dövlət bayrağında 22 “Allahu əkbər” sözü yazılıb.

11. Ən çox administrativ əraziyə malik olan ölkə Liviyadır. Burada 380 mahal var.

12. Planetlərdən Yupiterin daha çox peyki var. Bu peyklərin sayı 65-dir.

13. Dövlət gerbində ən çox heyvan rəsmi olan ölkə Solomon adalarıdır; 1.Akula, 2.Timsah, 3.Tisbağa, 4.Qartal, 5.Göyərçin, 6.Şir.

14. Ərazisinə görə ən kiçik, ancaq ən dərin göl İssık-Kuldur. Sahəsi 6 min km2. Dərinliyi 702 metrdir.

15. Nepalın bayrağı digər dövlətlərin bayrağından fərqli olaraq düzbucaqlı formasında deyil.

16. Rəsmi olaraq qeyd olunan ən qədim müstəqillik günu San-Marino dövlətinə məxsusdur. Burada müstəqillik günü 301-ci ilin 3 sentyabrından qeyd olunur.

17. Ən kiçik dəniz Mərmərə dənizidir: 12 min km.2

18. Azov dənizi ən dayaz dənizdir. Onun dərinliyi 15 metrdir.

19. Əhmiyyətli boğazların içərisində ən kiçiyi Kiçik Belt boğazıdır. Bu boğazın eni 500 metrdir.

20. Ən uzun boğaz Mozambik boğazıdır. Bu boğazın uzunluğu 1760 km-dir.

Təqdim etdi: Qara Murad