XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 October 2019 - 13:52

AZAL qış uçuş cədvəlini açıqladı

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) oktyabrın 27-dən etibarən qış uçuş cədvəli qüvvəyə minib.

Bu barədə AZAL-dan bildirilib.

Qış uçuş cədvəli çərçivəsində Bakıdan aşağıdakı istiqamətlər üzrə birbaşa reyslər həyata keçiriləcək:⠀⠀

– Almatı
– Ankara
– Antalya
– Pekin
– Berlin
– Dubay
– Gəncə
– İstanbul
– Ciddə
– Küveyt
– London
– Milan
– Moskva
– Naxçıvan
– Nyu-York
– Paris
– Sankt-Peterburq
– Tel-Əviv⠀⠀

Həmçinin 20-dən çox istiqamət üzrə uçuşlar “code-share” tərəfdaş aviaşirkətlər ilə birlikdə yerinə yetiriləcək. Gəncədən Bakı və Moskvaya reyslər, həmçinin Sankt-Peterburqa çarter reysləri həyata keçiriləcək. Lənkərandan Moskvaya birbaşa reyslər həftədə bir dəfə olmaq ilə davam etdiriləcək. Qış uçuş cədvəli 28 mart tarixinədək qüvvədə olacaq.