XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2019 - 14:56

İctimai-iaşə obyektlərinə xəbərdarlıq edilib –ETSN 

“Bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yenə də şikayətlər daxil olduğundan ictimai-iaşə obyektlərində təkrar monitorinqlər aparılıb”. 

Bunu nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, monitorinqlərin nəticəsində məlum olub ki, əksər obyektlərdə təmizləyici qurğular quraşdırılsa da, onlara vaxtında texniki xidmət göstərilmədiyindən, filtrlər vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır:

“Bu da sakinlərin haqlı narazılığına səbəb olur. Filtrlərin təmizlənməsi nə çətin işdir, niyə bunu vaxtında etmirlər? Artıq Məhərrəm ayının son günləridir, toyların başlamasını nəzərə alaraq ictimai-iaşə obyektlərinin sahiblərinə müraciət edirik ki, filtrləri vaxtında dəyişsinlər və havaya atılmaların qarşısını alsınlar. Əks halda onlar barəsində inzibati qaydada tədbirlər görüləcək”.