XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Oktyabr 2019 - 17:19

Bu günə olan Moskva-Bakı-Moskva aviareysi ləğv edilib

Oktyabrın 28-də həyata keçirilməli olan Moskva-Bakı-Moskva aviareysi ləğv edilib.

AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər verir ki, “S7 Airlines” aviaşirkətinin yerli vaxtla saat 16:30-da Moskvadan Bakıya “S7 3231” saylı reysi ləğv olunub. Həmin reys ləğv olunduğundan aviaşirkətin yerli vaxtla 17:25-də Bakıdan Moskva istiqamətində “S7 3232” saylı reysi də ləğv edilib. Aviareyslər “A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Moskva-Bakı-Moskva aviareysinin hansı səbəbdən ləğv olunduğu məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır