XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

06 Fevral 2016 - 06:14

Sürücülərin diqqətinə: [color=red]Bakı Dairəvi yolunda köməkçi yol bağlanır

Fevralın 6-da aparılacaq təmir işləri ilə əlaqədar Bakı Dairəvi-1 avtomobil yolunun “Şamaxinka” deyilən əraziyə doğru olan istiqaməti üzrə köməkçi yolla nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib ki, təmir işlərinin axşam saatlarına kimi aparılması nəzərdə tutulub. Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.