XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 October 2019 - 22:49

Səfir:"Ukraynada Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq"

Noyabrın 8-də Ukraynanın Xarkiv şəhərində Azərbaycanın mədəniyyət nümayəndəliyi açılacaq.

Bu barədə şəhər meri Hennadiy Kerneslə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev arasındakı görüş zamanı bildirilib.

Görüş zamanı həmçinin iki ölkə arasında turizm əməkdaşlığı, Ukrayna iqtisadiyyatına Azərbaycan sərmayələrinin yatırılması məsələləri müzakirə olunub.

“Həqiqi təmas nöqtələrini tapmaq, qarşılıqlı faydalı müqavilələr imzalamaq üçün yaxın günlərdə Ukraynada iqtisadi forum keçirməyi nəzərdə tuturuq” – deyə səfir qeyd edib/Report.