XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

10 May 2015 - 17:12

Nazarbayev azərbaycanlını medalla təltif edib- FOTO

babayev_medal.jpg

Qazaxıstan Prezidenti soydaşımızı təltif edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının İdarə heyətinin üzvü, “Altın Orda” universal ticarət kompleksinin baş inzibatçısı Şahverdi Ağadadaş oğlu Babayev ölkədə sosial inkişafın gücləndirilməsi, Qazaxıstan Xalqları Assambleyasının rolunun artırılması, eləcə də Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrə görə “Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi” yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki, “Qazaxıstan Xalqları Assambleyası” 1995-ci ildə Qazaxıstan Respublikasında yaşayan milli azlıqlara dövlət qayğısı göstərmək və onların fəaliyyətini sistemləşdirmək məqsədilə yaradılıb. Assambleyanın sədri Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevdir.

babayev_medal 02.jpg