XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Oktyabr 2019 - 10:00

Bir ailənin 4 üzvü dəm qazından zəhərlənib –Bakıda

Xəzər rayonunun Mərdəkan qəsəbəsində bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, qəsəbənin İsgəndərov küçəsi 48 ünvanından bir ailənin 4 üzvü: ata 35 yaş, ana 32 yaş, övladları: 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.

Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.