XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 Fevral 2016 - 09:13

General Elçin Quliyev[color=red] vətəndaşları qəbul edəcək

Fevral ayının 19-da saat 11:00-da Lənkəran Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinlərinin qəbulu keçiriləcək.

DSX-nın Mətbuat Mərkəzindən trend.az-a verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları fevral ayının 16-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.