XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2019 - 18:14

Azərbaycana səfər edən amerikalı turistlərin sayı artıb- Açıqlama

Azərbaycana səfər edən amerikalı turistlərin sayı artıb.

Dövlət Turizm Agentliyindən APA-ya verilən məlumata görə, bu barədə Agentliyin sədri Fuad Nağıyev ABŞ-ın yəhudi icmasını təmsil edən media nümayəndələri, turizm şirkətlərinin təmsilçiləri və sahibkarlardan ibarət heyətlə görüş zamanı bildirib.

Onun sözlərinə görə, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən ABŞ-lı turistlərin sayı 15 min nəfər təşkil edib.

“Bu da ötən ilin eyni dövrünə nisbətdə 8% artım deməkdir”, – deyə F. Nağıyev qeyd edib.