XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

31 Oktyabr 2019 - 12:36

Avropa çempionatı:Azərbaycan yığmalarının İsveçrə və Gürcüstana qarşı heyətləri açıqlanıb

Azərbaycan yığmalarının Gürcüstanın Batumi şəhərindəki şahmat üzrə Avropa çempionatının VII turu üçün heyətləri açıqlanıb.

Kişilərdən ibarət milli komandası İsveçrə yığması ilə qarşılaşacaq. Qadınlardan ibarət kollektivin rəqibi isə meydan sahibləri olacaq.

Tura Bakı vaxtı ilə saat 15:15-də start veriləcək.

Avropa çempionatı

VII tur, kişilər

Azərbaycan – İsveçrə

Şəhriyar Məmmədyarov – Sebastyan Boqner

Rauf Məmmədov – Yannik Pelletye

Qədir Hüseynov – Niko Georgiadis

Eltac Səfərli – Oliver Kurmann

Xal durumu: 1. Rusiya – 11, 2. Almaniya – 10, 3-5. Ukrayna, Ermənistan, İngiltərə – 9, 6-9. İsveçrə, Çexiya, Sloveniya, Türkiyə. 10-15. Azərbaycan, Yunanıstan, Xorvatiya, Fransa, İsrail – 7 xal.

Gürcüstan – Azərbaycan

Nana Dzaqnidze – Günay Məmmədzadə

Lela Cavaxişvili – Xanım Balacayeva

Bela Xotenaşvili – Gülnar Məmmədova

Meri Arabidze – Türkan Məmmədyarova

Xal durumu: 1. Rusiya – 11, 2.Gürcüstan – 10. 3 Azərbaycan – 9 xal.

(Report)