XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 October 2019 - 13:23

“Azərbaycanın su hövzələrində olan balıqların sayı azdır” –Nazir

“Bu gün su hövzələrində istədiyimiz sayda balıq yoxdur”.

Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

Nazirin sözlərinə görə, əvvəllər 10 faiz balıq nohurlarda yetişdirilirdi, 90 faiz isə təbii yolla çaylardan, dənizlərdən tutulurdu: “İndi bu, tarazlaşıb. Belə ki, 50 faiz balıq təbii yolla, yerdə qalanı isə nohurlarda yetişdirilir. Hazırda balıqların sahildə yetişdirilməsi və bazara çıxarılması prosesi gedir. Rayonlarda bir neçə mütərəqqi texnologiyalar əsasında müəssisələr fəaliyyət göstərir. Bir neçə ildən sonra balıq resurslarımızın bazarda olmasını müşahidə edə biləcəyik. Nohurlarda balıqların sayı artacaq”.

Bu balıqlar arasındakı dad fərqinə gəlincə, M.Babayev deyib ki, balıq nə ilə qidalanırsa onun tamını verir: “Balıqlara nə qədər sağlam qida verilsə, o qədər başqa tamlar azalacaq. Dadında fərq yaranacaq, amma bu fərq az olacaq. Sahildə, nohurlarda balığın yetişdirilməsinin genişləndirilməsi böyük proqramlardan biridir. Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə bu proqramın üzərində çalışırıq”. (Report)