XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

06 Fevral 2016 - 16:28

Ədliyyə orqanlarına qəbul müsabiqəsinin [color=red] növbəti mərhələsi başlayır

Imtahan.jpg

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı ötən il dekabrın 19-da keçirilmiş növbəti test imtahanından uğur qazanmış və qanunvericiliyə müvafiq olaraq sənədlərin yoxlanılmasının nəticələrinə əsasən müsabiqənin ikinci mərhələsinə buraxılan, əksəriyyəti gənclər olan namizədlərlə 2016-cı il fevralın 16-dan etibarən söhbət keçirilməsinə başlanılacaq.

Söhbət Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə əvvəlcədən məlumat veriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, qanunvericiliyə əsasən, söhbətin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək. Təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.

Nazirliyin Penitensiar (Bakı şəhəri, Nizami küçəsi 114, www.penitensiar.justice.gov.az, tel: 493-64-41) və Tibb xidmətlərinə (Bakı şəhəri, C.Hacıbəyli küçəsi 16 və 18, tel: 493-30-91) qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu həmin qurumlarda fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.