XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

06 Fevral 2016 - 16:43

Ayın səthinə enmiş astronavt [color=red]vəfat edib
astronavt.jpg
Ayın səthinə ayaq basmış altıncı astronavt Edqar Mitçell ABŞ-ın Florida ştatının Uest-Palm-Biç şəhərində vəfat edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, NASA 85 yaşlı Mitçellin vəfatı barədə onun iştirak etdiyi “Apollon-14” Ay ekspedisiyasının 45-ci ildönümündən sonra xəbər yayıb.
 
“Apollon-14” ekspedisiyası 1971-ci il yanvarın 31-də Kanaveral burnundan Aya yola düşmüşdü. Ekspedisiyada Mitçell və ABŞ-ın ilk astronavtı Alan Şepard iştirak edirdilər. Onlar Fra Mauro krateri rayonunda Aya enərək astronavtlar arasında ilk dəfə olaraq yerə böyük süxur kolleksiyası gətirmişdilər. Məhz bu nümunələrin sayəsində alimlər Ayın mənşəyi və təkamülü barədə fərziyyələr irəli sürüblər.