XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

06 Fevral 2016 - 17:32

[color=red] “Amerika bu sınaq qarşısında möhkəm dayanır” [/color] – Obama iqlim dəyişikliyindən danışıb

obama sil.jpg

ABŞ prezidenti Barak Obama deyib ki, iqlim dəyişikliyi dövrümüzün ən böyük sınaqlarından biridir, lakin Amerika bu sınaq qarşısında möhkəm dayanır. 

"Bu gün külək və günəş enerjisi kimi təmiz enerji mənbələri bir çox icmalarda adi enerji mənbələrindən daha ucuzdur"– deyə, prezident Obama Amerika xalqına həftəlik müraciətində bildirib.

Prezident Obama deyib ki, son yeddi ildə ölkədə təmiz enerji mənbələrinə tarixdə ən böyük investisiyalar edilmiş və bunun nəticəsində özəl seçtorda şirkətlər on minlərlə iş yeri yarada bilmişlər. 

Obamanın bildirdiyinə görə, bu inkişafın davam etdirilməsi üçün "keçmişə deyil, gələcəyə investisiya edilməlidir." ABŞ prezidenti deyib ki, çərşənbə axşamı günü Konqresə təqdim edəcəyi büdcə layihəsində 2020-ci ilə qədər təmiz enerji mənbələrinə dair tədqiqatlara maliyyə vəsaitinin ikiqat artırılması nəzərdə tutulur.

"Konqresdə respublikaçılar iqlim dəyişikliyi məsələsində öz mövqelərini nəzərdən keçirdiyi vaxt, onların çoxu başa düşür ki, təmiz enerji onların seçiciləri üçün yaxşı maaşlı iş yerlərinin yaradılmasında görünməmiş bir mənbədir"- deyə, prezident Obama bildirib. 

O deyib ki, bütün ölkədə insanlar təmiz enerji mənəbələrinin inkişaf etdirilməsi üçün fikir ayrılıqlarlını bir kənara qoyur. "Vaşinqton da eyni şeyi etməlidir"– deyə, prezident Obama bildirib.

 

"Amerikanın səsi"