XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

01 Noyabr 2019 - 00:20

Avropa çempionatı:Azərbaycan millisi İsveçrəyə qalib gəlib

Kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığması Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti görüşünü başa vurub.

Komanda VII turda İsveçrə kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib – 2,5:1,5. Eltac Səfərli və Qədir Hüseynov rəqiblərini məğlub edib.

Rauf Məmmədov uduzub, Şəhriyar Məmmədyarov isə görüşünü heç-heçə başa vurub. Qələbə nəticəsində Azərbaycan yığması 11-ci xalını qazanıb.

Qadınlardan ibarət milli komanda hazırda meydan sahibi Gürcüstanla qarşılaşır. Xanım Balacayeva rəqibi ilə xalları yarı bölüb, digər bütün qarşılaşmalar davam edir.

Azərbaycan – İsveçrə – 2,5:1,5

Şəhriyar Məmmədyarov – Sebastyan Boqner – 0,5:0,5

Rauf Məmmədov – Yannik Pelletye – 0:1

Qədir Hüseynov – Niko Georgiadis – 1:0

Eltac Səfərli – Oliver Kurmann – 1:0

Gürcüstan – Azərbaycan – 3:1

Nana Dzaqnidze – Günay Məmmədzadə – 1:0

Lela Cavaxişvili – Xanım Balacayeva – 0,5:0,5

Bela Xotenaşvili – Gülnar Məmmədova – 1:0

Meri Arabidze – Türkan Məmmədyarova – 0,5:0,5

Report