XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

01 Noyabr 2019 - 09:23

Ötən ay 809 partlamamış hərbi sursat, 4 mina zərərsizləşdirilib –ANAMA

Oktyabr ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Cəlilabad, Füzuli, Göygöl, Xocavənd, Kürdəmir, Qazax, Oğuz, Tərtər, Tovuz, Ucar, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri ərazisində 1 527 171 m² (152,72 ha) ərazi yoxlanılıb, 809 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 4 ədəd tank əleyhinə mina (cəmi: 814 ədəd) və 208 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-dan verilən məlumata görə, əməliyyatlarda 459 nəfər əməliyyat heyəti, 123 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 539 334 723 m² (53 933,47 ha) ərazi təmizlənib, 805 664 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Oktyabr ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 6, Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 21, Dövlət Sərhəd Xidmətindən (DSX) 3 və rayon polis şöbələrindən (RPŞ) – 3 müraciət daxil olub (cəmi: 33 çağırış). Müraciətlər əsasında Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 27 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Cəlilabad, Füzuli, Göygöl, Xocavənd, Kürdəmir, Qazax, Oğuz, Tərtər, Tovuz, Ucar, Yevlax rayonları, Bakı, Sumqayıt və Mingəçevir şəhərləri ərazisində 12 480 kv.m ərazi yoxlanılıb, 25 ədəd partlamamış hərbi sursat (PHS), 4 ədəd tank əleyhinə mina (cəmi: 29 ədəd) və 208 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.