XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2019 - 13:12

“BMT Azərbaycanda məcburi köçkünlərə göstərilən dəstəyi çox yüksək qiymətləndirir” –Qulam İsaqzai

“BMT Azərbaycan hökumətinin məcburi köçkünlərə göstərdiyi dəstəyi çox yüksək qiymətləndirir”.

Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı məcburi köçkünlərə yardımların göstərilməsi ilə bağlı keçirdiyi “dəyirmi masa”da BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İsakzai deyib.

Onun sözlərinə görə, BMT ilk gündən Azərbaycandakı məcburi köçkünlərə dəstək göstərib və təşkilatın bir neçə qurumu bu prosesdə iştirak edib: “Atəşkəs sazişi imzalandıqdan sonra isə BMT yenə də qaçqınlara dəstək göstərməkdə davam edib. Hazırda 600 mindən çox köçkün qeyri-müəyyən vəziyyətdə yaşayır, yəni onlar öz doğma yurdlarına nə zaman qayıdacaqlarını bilmirlər. Düzdür, bu təbəqənin böyük qismi rahat, isti evdə yaşayır. Lakin unutmamalıyıq ki, çox sayda insan hələ də tam standartlara uyğun olmayan şəraitdə yaşayır. Yeni qəsəbələrə köçürülməyən insanların problemləri həll edilməlidir. Biz çalışmalıyıq ki, onların şəraitini nisbətən yüngülləşdirək”.

BMT rəsmisi bildirib ki, məcburi köçkünlər arasında işsizlik səviyyəsi də yüksəkdir: “BMT ilə Azərbaycan hökuməti arasında tərəfdaşlıq proqramı üzərində iş aparılır. Biz çalışırıq ki, həmin proqram çərçivəsində məcburi köçkünlərlərin problemlərini daha müfəssəl şəkildə həll edək. Yəni BMT-yə daxil olan bütün qurumlar bu prosesə öz dəstəyini göstərməlidir. Çünki biz məcburi köçkünləri həssas qrup hesab edirik. Dayanıqlıq inkişaf məqsədlərinə çatmaq üçün həssas qrupların cəmiyyətin digər qrupları ilə eyni imkanlardan faydalanmasını təmin etmək lazımdır. Biz çalışmalıyıq ki, həssas qrup nümayəndəsi olaraq, məcburi köçkünlərə yardımımızı əsirgəməyək. Onlar cəmiyyətin sosial-iqtisadi həyatından təcrid olunmamalıdırlar, inkluzivlik artırılmalıdır”. (Report)