XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2019 - 13:21

“Azərbaycanda hələ də bankomatdan pul çıxarıb marketdə ödəniş edənlər var” –“MasterCard” rəsmisi

“Azərbaycanda hələ də bankomatdan pul çıxarıb marketdə ödəniş edənlər var. İnsanlar əvvəlcə marketlərin yanındakı bankomatların qarşısında, sonra isə içəridə – kassalarda növbə gözləyirlər”.

Bunu “SMART tələbə kartı”nın təqdimat mərasimində “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.

“Bu isə əlavə vaxt itkisi deməkdir. Əgər insanlar ödənişləri birbaşa kartla etsələr bankomatın qarşısında gözləməyə ehtiyac qalmaz. Onu da nəzərə almaq lazımdır ki, bəzən hansısa malın dəyəri 5 manat deyil, 4,73 manat edir və pulun qalığını almaq olmur. Nağdsız ödəniş etdikdə isə bu problem yaranmır”, – o qeyd edib. (Report)