XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

01 Noyabr 2019 - 14:38

Bakıda günün pik saatlarında avtobuslarda gediş haqqı fərqli qiymətə ola bilər –BNA

“Bakıda günün pik saatlarında avtobuslarda gediş haqqının fərqli qiymətə olması istisna edilmir”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, günün pik saatlarında avtobuslarda gediş haqqının fərqli qiymətdə olması bütün avtobuslarda kart sisteminə keçid tətbiq edildikdən sonra reallaşa bilər: “Bütün avtobusların kart sisteminə keçidi bu ilin sonuna tamamlanacaq”.

M.Ağayev qeyd edib ki, günün pik saatlarında avtobuslarda gediş haqqının fərqli qiymətdə olması hələlik fikir olaraq qalır. (Report)