Yevlaxda canavarlar yaylaqdan qayıdan qoyun sürüsünə hücum edib.
Hadisə rayonun Qazandağı adlanan ərazisində baş verib. Yaylaqdan qayıdan 600 baş xırdabuynuzlu heyvan sürüsü yırtıcıların hücumuna məruz qalıb. Sürüyə hücum edən canavarlar 4 baş xırdabuynuzlu heyvanı parçalayıb, 6 qoyunu isə ağır yaralayıb. (APA)