Azərbaycan milli komandasının Avro-2020-nin seçmə mərhələsindəki son ev oyununun biletləri satışa çıxarılıb.
Bilet satışına noyabrın 16-da keçiriləcək Uels yığması ilə görüşdən 15 gün öncə start verilib.
“Bakcell Arena”da keçirəcək oyunu izləmək istəyən azarkeşlər biletləri 11 satış məntəqəsindən əldə edə bilərlər. (apa)