XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2019 - 20:26

FHN Bakıda yağış sularından zərər görən şəxslərə köməklik göstərib

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının iki rayonunda yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması nəticəsində köməksiz qalan sakinlərə köməklik göstərib.

Bu barədə FHN-dən bildirilib.

Xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi və Xətai rayonlarında yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması və 3 nəfərin köməksiz vəziyyətdə qalması ilə bağlı müraciət daxil olub. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.