XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2019 - 21:16

Avropa çempionatı:Qadınlardan ibarət Azərbaycan yığması üçüncü pilləyə yüksəlib

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında VIII turun görüşləri başa çatıb.

Kişilərdən ibarət Azərbaycan millisi bu turda Ermənistanla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə bitib – 1,5:2,5.

Qadınlardan ibarət komanda isə Fransanı məğlubiyyətə uğradıb – 2,5:1,5. Günay Məmmədzadə və Gülnar Məmmədova rəqiblərinə qalib gəlib. Ülviyyə Fətəliyeva uduzub, Xanım Balacayeva isə heç-heçəyə razı olub.

Qeyd edək ki, bu nəticələrdən sonra qadınlardan ibarət komanda 12-ci xalını qazanıb və sona bir tur qalmış üçüncü pilləyə yüksəlib. Kişilərdən ibarət yığma isə 9 xalla 12-ci sıradadır. (report)