XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

02 Noyabr 2019 - 13:12

Azərbaycanın bu bölgələrinə ilk qar düşüb- 5-10 santimetr hündürlüyündə

Azərbaycanın bəzi bölgələrinə ilk qar düşüb.

Trend-in məlumatına görə, bu gün səhərdən Gədəbəy və Daşkəsən rayonlarına ilk qar düşüb.

Sakinlərin bildirdiyinə görə, əsasən dağlıq ərazilərə düşən qarın hündürlüyü 5-10 santimetr olub.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.