XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

07 Fevral 2016 - 08:54

Dəmir yolu nəqliyyatında elektron bilet satışı ləğv olundu [color=red]- Nəqliyyat Nazirliyi

Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışının aparılması ləğv edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı Nazirlər Kabinetinin 2015-ci il 4 dekabr tarixli 374 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilib.

Dəyişikliyə uyğun olaraq, “Elektron xidmət növlərinin Siyahısı”na daxil edilmiş dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı xidməti ləğv edilib. Bu xidmət Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilib.