Bakıda daha bir küçə təmirə bağlanıb.
Nəqliyyat Nazirliyi “Azəriyolservis” ASC-dən verilən məlumata görə, bu gündən etibarən Süleyman Rüstəmov küçəsinin təmirinə start verilib. Hazırda uzunluğu 220 m, eni isə 14m təşkil edən küçədə köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınıb çıxarılması işləri aparılır.