XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

07 Fevral 2016 - 10:26

Bərdədə səkkiz otaqlı [color=red]ev yanıb
berdede ev yanib

Bərdədə 8 otaqlı yaşayış evi yanıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, yanğın rayonun Əyricə kənd sakini Telman Hüseynovun evində baş verib.

T.Hüseynov bildirib ki, yanğın gecəyarısı, hamı yatmış olduğu vaxt baş verib. 460 kv/m-lik ev bütün əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb.

Yanğını söndürən yanğınsöndürənlər hadisənin başvermə səbəbini araşdırır.

FHN də hadisə barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Bərdə rayonunun Əyricə kəndində birmərtəbəli, 8 otaqlı kürsülü evin yanar konstruksiyaları və əşyaları qismən yanıb. Qalan tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.