XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

02 Noyabr 2019 - 21:13

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib –Küləkli hava ilə bağlı

“Hazırda respublika ərazisində müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib”.

Strateq.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat yayıb.

O, küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ölkə üzrə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material, maşın-mexanizmlər cəlb olunub. Bu isə elektrik enerjisinin baş verə biləcək kəsintisi və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”.

Qurum rəsmisi abonentlərə müraciət edərək bildirib ki, vətəndaşlar baş verə biləcək hər hansı hadisənin qarşısını almaq üçün Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər: “Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Buna görə də istehlakçılardan xahiş edirik ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem və yaxud qəza hallarında 24 saat fəaliyyət göstərən 199 saylı Çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.