XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2019 - 20:59

Xəzərdə dalğanın hündürlüyü 7 metrə çatıb, bölgələrə qar yağıb –Nazirlikdən açıqlama

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Strateq.az ETSN-ə istinadla bildirir ki, saat 20:00-a olan məlumata görə şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft daşlarında 31 m/s-dək güclənib, dalğanın hündürlüyü 7 metr olub.

Sumqayıt, Bakı, Binə, Maştağa, Zabrat, Pirallahı, Naxçıvan, Ordubad, İsmayıllı, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Lənkaran, Neftçala, Şabran, Nabranda yağış yağıb.

Xaltan, Qırız, Xınalıq, Şahdağda qar yağıb.

Qeyd: ölkə ərazisinndə qeyri-sabit, yağıntılı hava şəraitinin noyabrın 4-ü gündüzədək davam edəcəyi, güclü şimal -qərb küləyinin 3-ü səhər saatlarından tədricən mülayimləşəcəyi gözlənilir.