XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2019 - 23:28

Bakıda 8 beşmərtəbəli binada qaz təchizatı dayandırıldı –Güclü külək qəza yaradıb

Bu gün ölkə ərazisində əsən güclü külək qaz təsərrüfatına da ziyansız ötüşməyib. Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsi 25 ünvanında irigövdəli ağac 100 mm diametrində qaz xəttinin üzərinə aşıb.

“Azəriqaz” İstehsalat Birliyindən Strateq.az-a bildirilib ki, nəticədə 8 beşmərtəbəli binada qaz təchizatı dayandırılıb.

Sabunçu rayonu Ramana qəsəbəsi südçülük sovxozu yaşayış massivində daş hasar sayğaclara qoşulu bir neçə müxtəlif diametrli qaz xəttinin üzərinə aşıb. Bu hadisə 200 abonentin qaz təminatında fasilə yaranmasına səbəb olub. “Azəriqaz” İstehsalat Birliyinin əlaqədar qurumları bu fəsadların aradan qaldırılması üçün xüsusi rejimdə çalışır.