XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Noyabr 2019 - 11:50

Toydan qayıdarkən qəzada ölənlərin adları məlum oldu –VİDEO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Qəza zamanı Balakən rayon Yeni Şərif kənd sakini 1960-cı il təvəllüdlü Zirnixova Əsiyyət Süleyman qızı, Qaysa kənd sakini 1960-cı il təvəllüdlü Qoqayeva Pirdas Şaban qızı, onun həmkəndlisi 1963-cü il təvəllüdlü Əsdiyev Hacıyev Şəhmir oğlu, 1962-ci il təvəllüdlü Kahayev Heybullah İsa oğlu və 1985-ci il təvəllüdlü Əhmədov Rəsul Heybullah oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Avtomobilin sürücüsü Balakən rayon Yeni Şərif kənd sakini 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və sərnişin 1968-ci il təvəllüdlü Papaxov Paşa Şəhmir oğlu hadisə yerində dünyasını dəyişiblər. /Oxu.az