XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

03 Noyabr 2019 - 12:00

Rusiyalı hərbi nümayəndə türkiyəli həmkarları ilə Suriyanı müzakirə edib –Ankarada

Noyabrın 1-2-də Rusiyanın hərbi nümayəndəliyi Ankarada türkiyəli həmkarları ilə danışıqlar aparıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

“22 oktyabr 2019-cu ildə Soçidə Rusiya ilə əldə edilmiş razılaşma çərçivəsində Suriyada taktiki və texniki məsələləri müzakirə etmək üçün Ankaraya gələn ikinci Rusiya hərbi heyəti ilə noyabrın 1-də və 2-də danışıqlar aparılıb”, – məlumatda belə deyilir.

Qeyd edək ki, Rusiya və Türkiyə liderlərinin əldə etdiyi razılaşmaları həyata keçirmək planları oktyabrın 28 və 29-da iki ölkənin hərbi nümayəndə heyətlərinin Ankaradakı danışıqlarında müzakirə edilib. /APA