XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Noyabr 2019 - 15:10

Şagirdlər ƏÜO-nun təlim mərkəzlərində praktiki məşğələlərə cəlb edilib –VİDEO

Məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və hərbi xidmətə düzgün istiqamətləndirilməsi məqsədi ilə Sədərək və Şərur rayonlarında fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri praktiki məşğələlərə cəlb ediliblər.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzlərində keçirilən məşğələlər zamanı müxtəlif atıcı silahların, snayper tüfənglərinin, minaatan qurğularının, tank əleyhinə vasitələrin, əl qumbaralarının taktiki-texniki xüsusiyyətləri haqqında və eləcə də tibbi hazırlıqdan şagirdlərə ətraflı məlumat verilib.

Sonra məktəblilər avtomat və pulemyotlardan praktiki atışları yerinə yetiriblər.