XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

07 Fevral 2016 - 12:54

Əmlak Məsələləri Dövlət Komitəsi [color=red]31 elektron xidmət göstərir

emlak-2.jpg

Əmlak Məsələləri Dövlət Komitəsi müraciətlərə baxılmasında "Elektron hökumət" portalından maksimum faydalanmağa çalışır. Ötən il portalda yaradılmış "Əks-əlaqə" sistemi vasitəsilə komitənin fəaliyyət istiqamətləri üzrə təşkil edilmiş elektron xidmətlər üzrə 50-yə yaxın müraciətə baxılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azərtac-a bildirilib ki, komitə portal üzərindən fəaliyyət sahələri üzrə 27-si interaktiv və 4-ü informativ olmaqla, 31 elektron xidmət göstərir.

Xatırladaq ki, "Elektron hökumət" portalının "Əks-əlaqə" sistemi elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı vətəndaşların xidmət təminatçısı ilə əlaqə qurmasına, təklif, şikayət və digər xarakterli müraciətləri göndərməsinə imkan verir. Dövlət qurumları e-xidmətlərlə bağlı müraciətləri bu bölmə vasitəsilə operativ şəkildə cavablandırmaqla yanaşı, xidmətdən istifadə zamanı baş verən problemlərdən vaxtında xəbər tuta bilirlər.