XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2019 - 18:00

Kürdəmirdə daha bir yol qəzası:xəsarət alanlar var

Kürdəmir rayonunda daha bir yol qəzası baş verib.

Hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Belə ki, sürücü 1984-cü il təvəllüdlü Mehdiyev Zahir Zakir oğlu idarə etdiyi “Vaz 2106” markalı avtomaşınla kənd istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarına aşırıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər, 1993-cü il təvəllüdlü Mehdiyeva Suranə Oruc qızı, 1965-ci il təvəllüdlü Mehdiyeva Surayə Şıxəli qızı və 2015-ci il təvəllüdlü Mehdiyev Samir Zahir oğlu müxtəlif növ bədən xəsarəti ilə rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.  /Report