XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

07 Fevral 2016 - 15:44

İspaniyada [color=red]7 cihadçı həbs edilib

ishid-hebs.jpg

İspaniya polisi İŞİD və digər cihad qrupları ilə əlaqədə şübhəli bilinən yeddi nəfəri həbs edib. 

Şübhəlilər Valensiya və Alikante şəhərlərində reydlər zamanı saxlanılıb. Polisin məlumatına görə, onlar İraq və Suriyada terror fəaliyyəti üçün maddi-texniki dəstək veriblər. Şübhəli qismində həbs olunanlar bildirib ki,  qrupun lideri onlara iki ölkədə olan döyüşçülər üçün "qadın tədarükü" görməyi tapşırıb.

Həbs olunanlardan dördü İordaniya, Mərakeş və Suriya əsilli İspaniya vətəndaşıdır. İkisi isə Suriya və Mərakeş vətəndaşlarıdır.

Rəsmilər yeddinci şübhəli şəxs haqda ətraflı məlumat verməyib.

BBC.com