XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2019 - 11:21

Sumqayıtın bəzi qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq –Azərsu

Bu gün Sumqayıt şəhərinin bəzi qəsəbələri və yaşayış massivlərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-dən verilən məlumata görə, Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 2019-cu ilin noyabrın 4-də Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.