XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

04 Noyabr 2019 - 12:26

“AZAL-Miles”ın bir sıra xidmətləri fəaliyyət göstərməyəcək –Səbəb

“AZAL-Miles”ın bir sıra xidmətləri fəaliyyət göstərməyəcək, həmçinin bu gündən etibarən “AZAL-Miles” mobil əlavəsinin xidməti dayandırılır.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Məumata görə, noyabrın 4-12 tarixlərində yenilənmə ilə əlaqədar, texniki səbəblərdən proqramın bir sıra xidmətləri fəaliyyət göstərməyəcək: “Bunlara şəxsi hesaba daxil olmaq, mükafatlandırıcı biletlərin rəsmiləşdirilməsi və müştəri xidmətlərinə müraciət daxildir.Həmçinin bu gündən etibarən “AZAL-Miles” mobil əlavəsinin xidməti dayandırılır. Yaxın zaman ərzində “AZAL-Miles” hesabınızı App Store və Google Play-də yeni istifadəyə verilmiş AZAL mobil əlavəsində idarə etmək mümkün olacaq”.