XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

04 Noyabr 2019 - 13:57

Qlobal enerji xərcələri azalıb –IEA

2018-ci ildə Beynəlxalq Enerji Agentliyinə (IEA) üzv 30 ölkə enerji xərclərini 600 milyard ABŞ dollarından çox azaldıb. 

Bu barədə Agentliyin “Enerji Səmərəliliyi 2019” hesabatında bildirilir.

Sənədə əsasən, ötən il ABŞ, Çin və bir sıra digər inkişaf etməkdə olan ölkələrin enerji siyasətində mühüm irəliləyişlər olub. Enerji səmərəliliyinə qoyulan investisiyalar 1,6% artaraq 240 milyard dollara çatıb.

“Qlobal iqtisadiyyatların enerji intensivliyini göstərən enerji sıxlığı 1,2% artıb və iqlim dəyişikliyi hədəflərinə çatmaq üçün enerji sıxlığında müsbət tendensiya sürətlənməlidir”, – deyə hesabatda qeyd olunub. (Report)