XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2019 - 14:40

İctimai Birlik: “Əfqanların problemləri öyrənilir” –FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə “Azyaşlıların hüquqi maariflənməsinə kömək” İB-nin həyata keçirdiyi “Azərbaycanda daimi yaşayan əfqan qaçqınlarının cəmiyyətə inteqrasiyası” layihəsi üzrə Azərbaycanda daimi yaşayan əfqan qaçqın ailələri ilə görüş keçrilib.

Strateq.az xəbər verir ki, 30-dan artıq qaçqın ailəsinin iştirak etdiyi görüşdə ictimai birliyin sədri Nazlı Zeynalova layihənin mahiyyəti, Azərbaycanda dövlət tərəfindən qaçqınlara yaradılan şərait, beynəlxalq təşkilatların onlar üçün müəyyən etdiyi standartların milli qanunvericilikdə və təcrübədə tətbiqi haqda məlumat verib.

O, son illərdə qaçqın probleminin beynəlxalq münasibətlərdə prioritet təşkil etdiyi, demokratik ölkələrin qaçqınlara göstərdiyi münasibət, üzləşilən problemlər haqqında danışıb. Ermənistanın təcavüzü nəticəsində ölkəmizdə yaranmış qaçqın və məcburi köçkün problemlərini, onların həllinə dövlətimizin diqqət və qayğısını xüsusi ilə qeyd edib.

N.Zeynalova Əfqanıstandan müharibə nəticəsində öz yurd yuvalarını itirmiş, təhlükə ilə üzləşmiş, başqa ölkələrdə, o cümlədən Azərbaycanda sığınacaq tapmış əfqanların burada 25 ildən artıq yaşadıqlarını, özlərinə yeni vətən tapdıqlarını və heç bir diskriminasiyaya məruz qalmadıqlarını bildirib.

Layihənin hüquqşünası, qaçqın və məcburi köçkünlərin hüquqlarını müdafiəsi sahəsində uzun illər BMT QAK-ın Bakı ofisi ilə əməkdaşlıq etmiş Leyli Quliyeva qaçqınlarla bağlı Beynəlxalq Konvensiyalar, qaçqın hüquqlarının müdafiəsində BMT QAK-ın Bakı ofisinin və Azərbaycan dövlətinin fəaliyyəti, qaçqın hüquqları ilə bağlı ölkəmizdə qəbul olunmuş normativ hüquqi aktlar haqda məlumat verib.

L.Quliyeva əfqan qaçqınlarının inteqrasiyası siyasətinə uyğun olaraq 7 sahəni analiz etmişdir. Bunlar iqtisadi imkanlar, səhiyyə, təhsil, mənzil-məişət, ailə, fəal icimai iş və diskriminasiyasızlıq sahələri kimi qiymətləndirilib. O, hər bir sahə üzrə əfqan qaçqınları üçün yaradılan hüquqi əsasları göstərmiş, problemləri qeyd edib. Bildirib ki, əfqan qaçqınları əsasən Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malikdirlər.

Azərbaycanda yaşayan əfqan qaçqınları icmasının başçısı Hüseyn Əzimi Azərbaycan xalqının və dövlətinin, eləcə də QHT-lərə Dövlət Dəstəyi Şurasının və İctimai Birliyin onlara göstərdiyi diqqətə görə minnətdarlıq etmiş, özünün bir milyondan çox qaçqını olan ölkədə onlara yaradılan şəraitdən, üzləşdikləri problemlərdən, çətinliklərdən danışıb.

Uzun illərdir Azərbaycanda yaşayan əfqan qaçqınları Məhəmmədi Yusifi, Xanım Gül Nurulla, Ruhulla Rüstəmi, İzətulla Məhəmməd və başqaları əfqanların Azərbaycan cəmiyyətinə ağrısız inteqrasiyası üçün təkliflərini bildimiş, mövcud problemlərin həlli üçün görülməsi zəruri olan tədbirlərdən danışıblar.

Əsas təkliflər bunlar olmuşdur: Əfqan qaçqınlarının məişət problemlərinin həlli və hüquqlarının qorunması üçün daimi fəaliyyət göstərən hüquq xidmətinin təşkili. Əvvələr BMT QAK-ın dəstəyi ilə belə xidmət olsa da sonradan nədənsə ləğv edilib.

Əfqan qaçqınları üçün Azərbaycan dili kurslarının təşkili;

Əfqan qaçqınları üçün Azəbaycan qanunları haqqında məlumatlandırma;

BMT QAK-ın Bakı ofisi ilə əlaqə və əməkdaşlığın gücləndirilməsi, yardımların bərpa edilməsi;

Uzun illər Azərbaycanda yaşayan əfqanlara Azərbaycan vətəndaşlığının verilməsinə kömək;