XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 07:13

Gürcüstan-Rusiya magistral [color=red]yolu bağlandı

Gürcüstandan Rusiyaya gedən əsas avtomobil magistralı güclü qar və uçqun səbəbindən yenidən bağlanıb.

Rusiyanın və Gürcüstanın müvafiq strukturları bununla əlaqədar xəbərdarlıq yayıblar.

Məlumatda bildirilir ki, aramsız yağan güclü qar nəticəsində Gürcüstan-Rusiya magistral yolu bütün avtomobillər üçün tam bağlanıb. Hazırda yolda Azərbaycan, Rusiya, Ermənistan və İrana məxsus 100-ə yaxın yük və sərnişin maşınları dayanıb. Gürcüstan tərəfi ehtiyacı olanlara yardım göstərir.

Yolların qardan və uçqunlardan təmizlənməsi istiqamətində tədbirlər görülür. Tərəflər avtomobil sahiblərinə hələlik yola çıxmamağı tövsiyə edirlər/

Azertag.az