XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

11 May 2015 - 09:02

Prezident Milli Məclisə yeni layihə göndərdi – 12 iyun qeyri-iş günü olacaq

Milli Məclisə layihə təqdim olunub. Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün – 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur.

Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə layihə daxil olub.

Layihəyə əsasən, yalnız bir dəfə – 2015-ci il iyunun 12-i Azərbaycanda qeyri-iş günü elan olunması təklif olunur. Qərar layihəsi parlamentin mayın 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, iyunun 12-də Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi olacaq. (APA)