XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Noyabr 2019 - 11:10

Goranboyda “VAZ-2107” aşıb, xəsarət alanlar var –FOTO

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Dəliməmmədli-Qırıxlı yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarə etməni itirərək aşıb. Nəticədə avtomobildə olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. /APA