XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Noyabr 2019 - 13:30

Bakıda avtobus sürücüsü qəza törətdi –VİDEO

Bakıda qayda pozaraq qəza törədən avtobus sürücüsünün görüntüsü təhlükəsiz şəhər kamerasına düşüb.

Paytaxtın 28 May küçəsinin sağ zolağında yüksək sürətlə hərəkət edən marşrut avtobusunun sürücüsü qəfildən sol zolağa keçərək qarşıda dayanmış “Mitsubishi” markalı avtomobillə toqquşub.

Yol-nəqliyyat hadisəsinə səbəb olan avtobusun sürücüsü həm hərəkət sürətinə riayət etməyib, həm də manevr qaydasının tələblərini kobud şəkildə pozub. /Oxu.az