XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 10:29

Sabah hava dəyişəcək – [color=red]Proqnoz açıqlandı

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq. Bakıda gecə 0-2 dərəcə şaxta, 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən bəzi yerlərdə yağıntılı olacağı, sulu qar və qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə gecə və səhər duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlıq rayonlarda gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti olacaq.